Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycandakı xristian dini icmalarının rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər

Azərbaycandakı xristian dini icmalarının rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən oktyabrın 1-də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı bu ölkənin 10-a yaxın dövlət və qeyri-dövlət qurumuna (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar - Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və “Xristianların müdafiəsi” təşkilatına - “In Defense of Christians” ) etiraz müraciəti ünvanlayıblar.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə konfessiya rəhbərləri xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadətlərini heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə yaşatdıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.

Müraciətdə əsas diqqət Ermənistanın ölkəmizə qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, bu işğal nəticəsində xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna məhəl qoymur, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.

İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başlatdıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin - Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış balistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər. İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.

Eyni zamanda, işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda erməni millətinin 30 mindən çox nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar.

Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inandıqlarını bildirərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.

Müraciəti imzalayanlar:

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri - Arxiyepiskop Aleksandr İşein;

Alban-Udi Xristian dini icmasının sədri - Robert Mobili;

Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri - Rasim Xəlilov;

“Yeni Həyat” Xristian dini icmasının sədri - Lyudmila İbrahimova;

Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri - Vera Nesterova;

Bakı şəhəri “Alov” xristian dini icmasının sədri - İdris Məmmədov;

Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icmasının sədri - Roman Jmurov;

Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri - Elşən Hüseynzadə.

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri - Samir Sadıqov;

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri - Emil Pənahov;

Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri - Elşən Cabbarov;

“Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri - Svetlana Albertovna Stepanova;

“Həyat Sözü” Xristian dini icmasının sədri - Yusif Fərhadov;

“Həyat Sözü - 2” Sumqayıt xristian dini icmasının sədri - Elçin Paşayev;

Sumqayıt şəhəri, “Molokan ruhani-xristian” dini icmasının sədri - Matryona Ponomaryova;

“Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmasının sədri - Yusif Şərifov;

Qobustan r-nu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri - Tsapliva Yekaterina Nikolayevna;

Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Kasiaşvili İaqo Qriqoryeviç;

Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Timuri Barixaşvili;

İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının sədri - Sergey Vasilyeviç Kazakov.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb