Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı azalıb
Bakı, 19 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 91,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 109,6 milyon dollar azdır.
İki ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 349,2 milyon dollar olub.