Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb
Bakı, 11 mart, AZƏRTAC
Baş nazir Əli Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.
Həmçinin Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan da iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]