SİYASƏT
Azərbaycanın Baş nazirinin müavini İrana səfərə gəlib
Tehran, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə noyabrın 23-də Tehrana səfərə gəlib.
Səfər çərçivəsində Əli Həsənovun İran-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə ediləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran