AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİ ETİBARLI SURƏTDƏ QORUNUR
Ötən bir ayda axtarışda olan 46 nəfər şəxs, qanunsuz saxlanılan 1 ədəd “AK” markalı silah və onun 1 ədəd patron darağı, 6 ədəd 5,45 mm patron, 7 ədəd ov tüfəngi və 43 ədəd patron, 23 ədəd giliz, 5 ədəd patron darağı, 2 kiloqram 853 qram tiryək və 97 qram heroin müəyyənləşdirilərək saxlanılmışdır.
Dövlət sərhədinin mühafizəsi zamanı 10 nəfər Özbəkistan, 7 nəfər Azərbaycan, 5 nəfər Moldova, 4 nəfər Rusiya, 1 nəfər Pakistan, 1 nəfər Türkiyə, 1 nəfər Qırğızıstan vətəndaşı saxta sənədlə, 1 nəfər Azərbaycan, 1 nəfər Qırğızıstan vətəndaşı başqasına məxsus sənədlə, müxtəlif ölkələrin 40 nəfər vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılmışlar. Vizalarının olmamasına görə, 6 nəfər Pakistan, 3 nəfər İran, 2 nəfər Livan, 2 nəfər İraq, 1 nəfər Nigeriya, 1 nəfər Qana, 1 nəfər Hindistan, 1 nəfər Flippin, 1 nəfər Xorvatiya və 1 nəfər Fransa vətəndaşı, şübhəli şəxs qismində 3 nəfər Azərbaycan, 3 nəfər Əfqanıstan, 2 nəfər Özbəkistan, 1 nəfər Gürcüstan, 1 nəfər Türkiyə və 1 nəfər Ermənistan vətəndaşı tutularaq barələrində müvafiq tədbirlər görülmüşdür.
Bununla yanaşı, 16 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 12 nəfər Azərbaycan, 2 nəfər İran və 1 nəfər Gürcüstan vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 31 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır.
Noyabr ayı ərzində 50.000 ABŞ dollarının, müxtəlif markalı 2.930 qutu siqaretin, spirtli içkilər üçün 1.500.000 ədəd aksiz markasının, 3.600 metr məxmər parçanın, 4.760 ədəd elektrik lampasının, 2.308 litr dizel yanacağının, 8.000 ədəd alışqanın, 1085 qutu müxtəlif adlı dərman preparatının, 16 kiloqram 904 qram qara kürünün, 91 ədəd müxtəlif markalı mobil telefonun, 180 kiloqram hisə verilmiş balığın, kürü qabları üçün 3.000 ədəd qapağın, 74 kiloqram bitki yağının, 28 baş qaramalın, 3 baş atın, 65 litr spirtin, 7.625 ədəd müxtəlif geyim əşyasının, 1.995 ədəd “Dialoq” adlı jurnalın, ərəb əlifbası ilə yazılmış 20 ədəd dini kitabın, 1.404 qutu oyun kartının, şampan butulkası üçün 3.000 ədəd plastik qapağın və 440 kiloqram yuyucu tozun dövlət sərhədindən qeyri-qanunu keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.