AZƏRBAYCANIN LOS-ANCELESDƏKİ BAŞ KONSULLUĞUNDA ŞUŞANIN İŞĞALININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Şuşanın işğalının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda Cənubi Kaliforniyadakı Azərbaycan və türk icmasının fəallarının iştirakı ilə tədbir keçirilmişdir.
Baş konsulluqdan verilən məlumata görə, tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzünün tarixindən söz açılmış, erməni qüvvələrinin zəbt etdiyi torpaqlardakı şəhərləri və kəndləri tamamilə dağıtdıqları bildirilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa bir çox şairlərin, müsiqiçilərin, bəstəkarların, o cümlədən Xurşidbanu Natəvanın, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyovun vətənidir.
Faşizm üzərində Qələbənin 62-ci ildönümünün qeyd olunduğu bir vaxtda ermənilərin təcavüzkar əməlləri, etnik təmizləmə siyasəti pislənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]