AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ ABŞ-A YOLA DÜŞƏCƏK
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Donald Ramsteldin dəvəti ilə martın 21-də Vaşinqtona yola düşəcəkdir.
Səfər proqramında Ağ ev, Pentaqon, Dövlət Departamenti, Konqres, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı, Milli Qvardiya Komandanlığı, Xarici Dillər Hərbi İnstitutu və Birləşmiş Millətlər Təşkilatında görüşlər nəzərdə tutulmuşdur.
Görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlıq məsələləri və digər məsələlər müzakirə ediləcəkdir.
Səfər martın 27-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]