Azərbaycanın müdafiə naziri Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.