AZƏRBAYCANIN OMBUDSMANI İRLANDİYADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova İrlandiyanın paytaxtı Dublin şəhərində Avropanın 34 ölkəsinin uşaqlar üzrə müstəqil qurumlarını birləşdirən Uşaq Hüquqları Ombudsmanları Avropa Şəbəkəsinin (ENOC) 12-ci konfransında iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, İrlandiyanın Prezidenti xanım Meri Makalis plenar iclasda uşaq hüquqları ilə bağlı nitq söyləmişdir.
Müxtəlif ölkələrin dövlət və ictimai xadimləri, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunması və müdafiəsi, bununla bağlı uşaq ombudsmanlarının fəaliyyəti və digər mövzularda müzakirələr keçirmiş, təcrübə və məlumat mübadiləsi aparmışlar.
E.Süleymanova çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri barədə məlumat vermiş, bununla bağlı ölkədə insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının da kütləvi şəkildə pozulduğunu vurğulamışdır. Uşaq hüquqlarının müdafiəsinin müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən olduğu, bu sahədə məqsədyönlü işlər görüldüyü diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]