AZƏRBAYCANIN OTÜSTÜ XOKKEY ÜZRƏ QADINLARDAN İBARƏT YIĞMA KOMANDASI PEKİN OLİMİYADASINA VƏSİQƏ QAZANA BİLƏR
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Azərbaycan Otüstü Xokkey Federasiyasında mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Tahir Zaman və federasiyanın mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev cari il ərzində idmançılarımızın qazandıqları uğurlardan danışmış və növbəti yarışlara hazırlıqla bağlı məlumat vermişlər.
Bildirilmişdir ki, təlim-məşq toplanışları və beynəlxalq turnirlər qadın xokkeyçilərimizin Avropa çempionatına hazırlaşmasına müsbət təsir göstərmişdir. İdmançılarımız Avropa çempionatında 5-ci yerlə kifayətlənmişlər. Bundan sonra legionerlərin komandaya dəvət edilməyəcəyini deyən natiqlər gənc xokkeyçilərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən də söz açmışlar.
Vurğulanmışdır ki, komandanın məqsədi 2008-ci ilin aprelində Bakıda keçiriləcək beynəlxalq turnirdə birinci yeri tutaraq, Pekin olimpiadasına vəsiqə qazanmaqdır.
Xokkeyçilərimiz dekabrın 20-dən 30-dək 18 nəfərlik heyətlə Çində təlim-məşq toplanışı keçəcəkdir. Yığmamız burada 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]