Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər
Daşkənd, 5 oktyabr, АZƏRTAC
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar Azərbaycan ordusu əks-hücuma keçib. Nəticədə işğal altındakı ərazilərimizin bir hissəsi şanlı ordumuz tərəfindən azad edilib.
Azərbaycanın Özbəkistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər. Məlumatda deyilir: “Mübariz ordumuzun növbəti zəfər xəbərlərini tezliklə eşidəcəyimizə tam əminik. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd