Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər
Bakı, 17 iyun, AZƏRTAC
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət 10 idmançı Kastamonuda hazırlıq keçir.
Toplanışa Anaxanım İsmayılova, Banuçiçək Nəsirli (hər ikisi 48 kiloqram), Marjona Savriyeva, Cəmilə Sultanlı (hər ikisi 51 kiloqram), Zeynəb Rəhimova, Aysu Mikayılova, Nərgiz Zeynalova (hər üçü 54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) Özləm Həsənova və Emili Rzayevanı (hər ikisi 65 kiloqram) cəlb edilib. Məşqlərdə millimizlə yanaşı, Türkiyə, Özbəkistan və Gürcüstan boksçuları da iştirak edirlər.
Qeyd edək ki, toplanış iyunun 27-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]