Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında mübarizəyə qoşulurlar
Zrenyanin, 11 mart, AZƏRTAC
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan təmsilçilərindən Əsmər Cankurtaran (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram) və Günay Qurbanova (59 kiloqram) xalça üzərinə çıxacaqlar.
Bu gün, həmçinin sərbəst güləşçilərdən Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram), Yusif Dursunov (125 kiloqram) qızıl, Ağanəzər Novruzovla (74 kiloqram) Vasif Xudiyev (86 kiloqram) isə bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.
U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Müxbir: Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]