İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft ixracı 22 faizdən çox artıb
Bakı, 6 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 1 milyard 465,85 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,1 faiz çoxdur.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, 2023-cü ilin may ayında Azərbaycanın qeyri-neft ixracı 2022-ci ilin may ayı ilə müqayisədə 25,8 faiz artaraq 278,25 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycandan qeyri-neft məhsullarının ixracı ötən ilin eyni rübü ilə müqayisədə 23,2 faiz artaraq 912,4 milyon ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]