AZƏRBAYCANIN SIĞORTA BAZARINDAKI İNKİŞAF SÜRƏTİNƏ XARİCİ DÖVLƏTLƏR MARAQ GÖSTƏRİRLƏR
AZƏRTAC xəbər verir ki, Maliyyə Nazirliyində Azərbaycanın milli sığorta bazarında fəaliyyət göstərən sığorta təşkilatlarının baş mühasiblərinin iştirakı ilə seminar keçirilmişdir. Seminarda yanğından icbari sığorta üzrə ehtiyatların yaradılması, qabaqlayıcı tədbirlərə ayırmaların hesablanması və istifadəsi, həmçinin “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda təkrar sığorta əməliyyatlarının aparılması ilə bağlı dəyişikliklər müzakirə edilmişdir.
Seminarda qeyd olunmuşdur ki, Azərbaycanda sığorta bazarı sürətlə inkişaf edir və bu sahədə həm ölkəmizin vətəndaşlarına, həm də sığorta şirkətlərinə xüsusi dövlət qayğısı vardır. Hazırda Ədliyyə və Maliyyə nazirlikləri sığorta bazarında şirkətlərin işini təkmilləşdirmək və dövlət nəzarətini gücləndirmək üçün yeni normativ qaydalar hazırlayır. Azərbaycanın sığorta bazarındakı inkişaf sürətinə xarici dövlətlər də ciddi maraq göstərirlər. Maliyyə Nazirliyinə Azərbaycanın sığorta bazarına gəlmək və burada fəaliyyət göstərmək üçün Avstriya və Böyük Britaniya dövlətləri tərəfindən müraciətlər edilmişdir. Tədbirdə vurğulanmışdır ki, Azərbaycanda bu sahənin inkişafı üçün təkrar sığorta şirkətinin yaradılmasına ehtiyac vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]