Azərbaycanın Türkmənistandakı səfiri etimadnaməsinin surətini təqdim edib
Aşqabad, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov etimadnaməsinin surətini ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredova təqdim edib.
H.Zeynalov dost və qardaş ölkə olan Türkmənistanda səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycan-Türkmənistan hərtərəfli əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu, bu potensialdan səmərəli istifadə etmək və qarşıya qoyulan məqsədlərə tezliklə çatmaq üçün səylə çalışacağını qeyd edən səfir həmin məqsədlər naminə qarşılıqlı fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
R.Meredov H.Zeynalovu yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Türkmənistan-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edən Nazirlər Kabinetinin sədr müavini səfirin fəaliyyətinin ənənəvi və tarixi qardaşlıq telləri ilə bağlı olan iki ölkənin xalqları arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını deyib. O, Azərbaycanın Türkmənistandakı səfirliyinin ölkələrimizin münasibətlərinin inkişafı istiqamətində fəaliyyətinə Türkmənistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib
- 02.06.2026 [12:37]
Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
- 01.06.2026 [17:43]
Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]