AZƏRBAYCANIN YAPONİYADA TƏBLİĞİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLMİŞDİR
Seminarda Niiqata Universitetinin doktorantı Xaqani Məlikov və Kobe Universitetinin magistri Günay Məmmədova xalqımızın qədim mədəniyyəti barədə məlumat vermiş, Azərbaycan və Yaponiya mədəniyyətləri arasında oxşar cəhətləri qeyd etmişlər. Bu məqsədlə əyani vəsaitlərdən – videofilmlərdən və fotoşəkillərdən istifadə olunmuşdur.
AYDC-nin sədri, Osaka Universitetinin siyasi tədqiqatlar üzrə doktorantı Rəhman Şahhüseynli tədbir iştirakçılarının Azərbaycan mədəniyyətinə dair suallarına cavab vermişdir.
“Qafqaz-Xəzər salonu” layihəsindən məqsəd Azərbaycanın mədəni irsinin, tarixinin, ədəbiyyatının, musiqisinin, folklorunun, görkəmli şəxsiyyətlərinin Yaponiyada təbliği və Ermənistanın ölkəmizə hərbi təcavüzü haqqında həqiqətləri bu ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Layihə çərçivəsində noyabrın 25-də keçiriləcək növbəti seminar “Azərbaycan milli musiqisi və rəqsi” mövzusunda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]