AZƏRBAYCANIN YENİYETMƏ FUTBOLÇULARI AVROPA BİRİNCİLİYİNİN SEÇMƏ QRUP OYUNLARINI QƏLƏBƏ İLƏ BAŞA VURDULAR
AZƏRTAC xəbər verir ki, Avropa birinciliyinin ikinci seçmə mərhələsində yarışan Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası qrup oyunlarını üçüncü yerdə başa vurmuşdur.
Son oyunda meydan sahibi Bosniya və Herseqovina yığması ilə qarşılaşan Yaşar Vahabzadənin yetirmələri Orxan Həsənovun vurduğu yeganə qol sayəsində qələbə qazanmışlar.
Xatırladaq ki, Azərbaycan futbolçuları ilk görüşdə Serbiyaya 1:5, İngiltərə komandasına isə 0:1 hesabı ilə məğlub olmuşdular.
Bütün oyunları qələbə ilə başa vuran İngiltərə millisi birinci, Serbiya isə ikinci yeri tutmuşdur. Bir xal belə qazana bilməyən Bosniya və Herseqovina futbolçuları isə birinciliyi sonuncu pillədə başa vurmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]