AZƏRBAYCANIN YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ YIĞMA KOMANDASI BAKIDA BEYNƏLXALQ TURNİRDƏ BİRİNCİ YERİ TUTMUŞDUR
Bakı, 27 aprel (AZƏRTAC). Bakı İdman Sarayında yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnirdə yunan-Roma güləşi üzrə yarışlara yekun vurulmuşdur.
Gənclər arasında yarışın nəticələrinə əsasən, Azərbaycan idmançıları - Xurşud Babaşov (55 kq), Orxan Əhmədov (60 kq) Rüstəm Əliyev (66 kq) qızıl, Səid Balabəyov (50 kq), Qasım Məmmədov (55 kq) gümüş, Taleh Məmmədov (55 kq) və Murtuza Tağıyev (84 kq) isə bürünc medallara sahib olmuşlar.
Komanda hesabında Azərbaycan yığması birinci yeri tutmuşdur. Rusiya ikinci, Türkiyə güləşçiləri isə üçüncü olmuşlar.
Xatırladaq ki, yarışın ilk günü yeniyetmələr arasında qaliblər məlum olmuşdur.
Yeniyetmələrin mübarizəsində Elman Muxtarov (42 kq), Eldəniz Əzizli (50 kq), Məmmədqulu Müzəffərov (63 kq), Toğrul Yunuslu (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Komanda hesabında ən yüksək göstəricini yenə də Azərbaycan idmançıları göstərmişlər. İran ikinci, Gürcüstan komandası isə üçüncü yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]