AZƏRBAYCANLA ƏMƏKDAŞLIQ DİGƏR ÖLKƏLƏRƏ NÜMUNƏ OLA BİLƏR
Bu fikri Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi xanım İzabel Baraş respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə görüşündə bildirmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, söhbət zamanı Naxçıvanda və Gəncədə protez-ortopedik mərkəzlərin yaradılması, bu mərkəzlərin mütəxəssislərinin xarici ölkələrdə ixtisaslarının artırılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana göstərdiyi yardım yüksək dəyərləndirilmişdir.
Görüşdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Floran Kornaz iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]