Azərbaycanla Gürcüstanın idman sahəsindəki əməkdaşlığı uğurla inkişaf edir
Tbilisi, 25 aprel, AZƏRTAC
Azərbaycanda idman göstərilən dövlət qayğısı bu sahənin sürətlə inkişafına təkan verib. Azərbaycan bizim strateji tərəfdaşımızdır, əlaqələrimiz bütün sahələrdə, o cümlədən idman sahəsində uğurla inkişaf edir, daha da möhkəmlənir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Qori şəhər merinin müavini, Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Tamaz Şioşvili söyləyib.
O deyib: “Biz qonşu və dost Azərbaycanda gedən prosesləri, tərəqqini maraqla izləyirik. Azərbaycanın reqbi üzrə 10-12 yaşlı idmançıların Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında onuncu beynəlxalq reqbi festivalında iştirakı dediklərimizi sübut edir”.
Onun sözlərinə görə, Azərbaycan idmançılarının Gürcüstanda keçirilən yarışlarda iştirakı ölkələrimiz arasında idman sahəsində münasibətlərin daha da inkişaf etməsinə imkan verir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]