Azərbaycanlı iki qardaş Murmanskın birinci sinif şagirdləri üçün ustad rəqs dərsləri keçmişdir
Bakı, 5 sentyabr (AZƏRTAC). Bu il məktəbə birinci dəfə gedən murmansklı uşaqlar üçün “Bilik günü” unudulmaz olmuşdur.
“Meqa Krujka” əyləncə mərkəzində uşaqlar üçün əsl bayram təşkil edilmişdir. “Madaqaskar” cizgi filminin qəhrəmanları uşaqları “Bilik günü” münasibətilə təbrik etmiş, oynaq rəqslər və şənlənmək istəyən hər kəs üçün oyunlar təşkil olunmuşdur.
Uşaqlar məmnuniyyətlə müxtəlif oyunlara qatılmış, sevimli qəhrəmanları ilə rəqs etmişlər. Həmvətənlərimiz - əkiz qardaşlar Asif və Rasif İslamovlar birinci sinif şagirdləri üçün müasir rəqslərə dair ustad dərslər təşkil etmişlər.
“TV-21” telekanalının xəbərlər proqramında əkiz qardaşların ustad dərsləri haqqında süjet yayımlanmışdır.
Qeyd edək ki, qardaşlar 1990-cı ildə Murmanskda anadan olmuşlar. Elə buradaca orta məktəbi və riyaziyyatçı ixtisası ilə Murmansk Pedaqoji Universitetini bitirmişlər. Anaları Dürdanə və ataları İslam İslamovlar Şəki rayonunun Böyük Dəhnə kəndində doğulmuşlar. Ana qənnadçı, ata isə sürücü işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]