“Azərenerji”də 37 gənc kadra yüksək vəzifə verilib
Bakı, 31 yanvar, AZƏRTAC
“Azərenerji” ASC dövlət başçısının enerji sisteminin perspektivləri ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq, gənc kadrları önə çəkmək, peşəkarlara şərait yaratmaq məqsədilə kadr məsələsində xüsusi tədbirlər həyata keçirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafını təmin etmək məqsədilə qəbul edilən xüsusi konsepsiyaya uyğun olaraq “Azərenerji”nin rəhbər vəzifəli şəxsləri tərəfindən bir il əvvəl 125 nəfər gənc və təcrübəli energetik himayəyə götürülüb. Həmin 125 gəncin yetişdirilməsi, bilik və bacarıqlarının artırılması, qocaman energetiklərin yerinə əvəzedici kadr kimi formalaşdırılması üçün bir il müddətində praktik işlər görülüb. Nəticədə bu günə kimi himayəyə götürülən şəxslər imtahan edilərək 89 nəfər rəhbər vəzifələr üçün tam hazırlanıb, kadr ehtiyatı bankına daxil edilib. İmtahan nəticələri əla olan 37 nəfər gənc yüksək vəzifələrə təyin edilib.
Bundan başqa, “Azərenerji” ASC-nin Regional Elektrik Şəbəkələrində və elektrik stansiyalarında çalışan işçi heyətinin təkmilləşməsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə yeni yaradılan Tədris Mərkəzi tərəfindən müəssisələrdə 74 kurs təşkil edilib və kurslara ümumilikdə 400-dək işçi cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]