“AZƏRİQAZ” SATDIĞI TƏBİİ QAZIN DƏYƏRİNİN 53,4 FAİZİNİ YIĞMIŞDIR
“Azəriqaz” Səhmdar Cəmiyyəti 2003-cü ildə ümumilikdə 4167,1 milyon kubmetr həcmində təbii qaz satmışdır.
Cəmiyyətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, satılmış yanacağın dəyəri 337 milyard 953,1 milyon manat təşkil etmişdir. Bu məbləğin 180 milyard 560,8 milyon manatı yığılmışdır. Yəni ödəniş səviyyəsi 53,4 faiz olmuşdur.