“AZƏRNEFTYANACAQ” EMALI ÜZRƏ İLLİK TAPŞIRIĞA ƏMƏL ETMİŞDİR
Başa çatmaqda olan 2002-ci ildə “Azərneftyanacaq” İstehsalat Birliyində 3 milyon 182,7 min ton xam neft emal edilmişdir.
Birliyin baş direktoru Zakir Seyidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəssisənin kollektivi bu il neftin dərin emalının həcmini artırmış, istehsalın rentabelliyini xeyli yüksəltmiş, bütün məhsul növləri üzrə tapşırıqlara artıqlaması ilə əməl etmişdir.
Neft emalı sahəsində elmi-texniki yeniliklərin istehsalata tətbiq edilməsi, texnoloji rejimə dəqiq əməl olunması, yüksək əmək intizamının yaradılması sayəsində ilin əvvəlindən bəri nəzərədə tutulandan əlavə 37,7 milyard manatlıq neft məhsulları istehsal edilmişdir.
Texniki-iqtisadi göstəricilərin yüksəlməsi neftayıranların sosial vəziyyətini yaxşılaşdırmağa əsaslı zəmin yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]