“AZƏRPOÇT”UN ŞÖBƏLƏRİ ŞƏNBƏ VƏ BAZAR GÜNLƏRİ DƏ İŞLƏYƏCƏK
“Azərpoçt” Dövlət Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, poçt şöbələri bundan sonra şənbə və bazar günləri də işləyəcəkdir. Bu, Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 31-də keçən iclasında dövlətimizin başçısının qarşıya qoyduğu çox mühüm vəzifənin – istifadə olunmuş qazın, elektrik enerjisinin, suyun, istilik xidməti haqqının ödənilməsi sahəsində ortaya çıxan ciddi problemlərin aradan qaldırılması, ilin sonunadək borcların tam yığılmasının təmin edilməsi ilə bağlıdır. İndən belə əhali “Azərpoçt”un xidmətindən istifadə etməklə, ödənişləri həftənin bütün günləri həyata keçirə biləcəkdir.