BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4903,98 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 561 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmiş və 1 dollar üçün 4903,98 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 1 milyon 354 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 1 milyon 915 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 9 milyard 391 milyondur. Bir əqdə, orta hesabla, 191 500 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,178 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Noyabrın 2-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.