Bakı Buxtasının dibinin təmizlənməsi planlaşdırılır
Bakı, 3 iyun (AZƏRTAC). Ümumi sahəsi 50 kvadratkilometr təşkil edən Bakı Buxtasının sahil xəttinin uzunluğu 20 kilometrdir. Dib çöküntülərinin həcmi isə 46 milyon kubmetrdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov məlumat vermişdir.
İ.İsbatov qeyd etmişdir ki, hazırda Fövqəladə Hallar Nazirliyi yerli və xarici şirkətlərlə birgə orada tədqiqat işləri aparır və gələcəkdə də Bakı Buxtasının dibinin təmizlənməsi planlaşdırılır.
Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnozlara toxunan institut direktoru bildirmişdir ki, 2020-ci illərdə dəniz səviyyəsinin 70-80 santimetrədək yüksəlməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]