Bakı Dövlət Universitetində keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Ağır metallar və biogen elementlərin dənizdibi çöküntüləri - dib suları sistemində miqrasiya və mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Ekoloji kimya kafedrasının doktorantı Cəmil Quliyev mövzu ilə bağlı məruzə edib. Məruzədə dənizdibi çöküntüləri - dib suları sistemində ağır metalların miqrasiyası, o cümlədən ağır metalların və biogen elementlərin mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi məsələlərinə toxunulub.