Bakı Dövlət Universitetinin müəllimi beynəlxalq təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək sertifikata layiq görülüb
Bakı, 24 iyun, AZƏRTAC
Pakistanın Regional İnteqrasiya Mərkəzi (RIC), Pəncab Universiteti və Qlobal Strateji Araşdırmalar Mərkəzi (CGSS) tərəfindən xarici diplomatlar və regionşünaslar üçün “Pakistanın çağdaş dinamikası” adlı pakistanşünaslıq üzrə xüsusi diplomatik, ixtisasartırma və təkmilləşdirmə kursu təşkil olunub.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov həmin kursu müvəffəqiyyətlə bitirərək sertifikata layiq görülüb.