BAKI DÜNYANIN ƏN GÜCLÜ QADIN GİMNASTLARINI QƏBUL ETMƏYƏ HAZIRDIR
Gənclər, idman və turizm naziri Əbulfəz Qarayev iclasda demişdir ki, iri beynəlxalq yarışlar keçirilməsi sahəsində ölkəmizin yaxşı təcrübəsi var. Məsələn, sərbəst güləş üzrə Dünya kuboku aprelin əvvəllərində Bakıda uğurla keçirilmişdir. Azərbaycan növbəti dəfə dünya miqyaslı idman yarışlarının keçirildiyi yerə çevrilir. Prezident İlham Əliyev ölkəmizdə belə tədbirlərin keçirilməsinə böyük əhəmiyyət verir və bu səviyyəli yarışlar daim dövlət başçısının diqqət mərkəzindədir.
Azərbaycan Gimnastika Federasiyasının birinci vitse-prezidenti Altay Həsənovun sözlərinə görə, yarışlarda 24 ölkənin qadın gimnastları iştirak edəcəklər. Afina Olimpiya oynlarında iştirak edəcək ekspertlərin və hakimlərin əsas hissəsi Bakıya gələcəkdir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yarışlarda ölkəmizi Olimpiya oyunlarına lisenziya qazanmış D.Gimatova və A.Qurbanova təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]