BAKI FOND BİRJASININ MÜTƏXƏSSİSLƏRİ MOSKVADA TƏLİM KEÇƏCƏKLƏR
2003-cü ilin əvvəlindən Bakı Fond Birjasının (BFB) mütəxəssisləri Moskva Banklararası Valyuta Birjasında (MBVB) mütəmadi olaraq təlim keçəcəklər. Birjaların rəhbərləri arasında bu barədə razılaşma əldə edilmiş və təlimlərin məqsədi müəyyənləşdirilmişdir.
Moskva Banklararası Valyuta Birjasının korporativ istiqrazların buraxılışı, dövriyyəsi və yerləşdirilməsi üzrə zəngin təcrübəsinin öyrənilməsi Bakı birjaçıları üçün daha çox məqsədəuyğundur. Moskvalı mütəxəssislərin fikrincə, Bakı Fond Birjasının yeni korporativ istiqrazlar bazarının inkişafı sahəsində səyləri bu qiymətli kağızların dövriyyəsi və yerləşdirilməsi üzrə mexanizmin işləməsi üçün real zəmin yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]