Bakı metropolitenində yüksək gərginliyin verilməsi bərpa edilib – YENİLƏNİB
Bakı, 1 dekabr, AZƏRTAC
“Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.
07:24
“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.
"Bakı Metropoliteni" QSC-dən AZƏRTAC-a bildirilib ki, “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşdırılıb. Texniki xidmətlər müvafiq enerji təminatının bərpası üçün operativ iş aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]