Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək 4 milyard bareldən çox neft nəql olunub
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft boru kəmərinin açılışından ötən ilin sonunadək 5250 tanker neft dünya bazarına yola salınıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, eyni zamanda, Xəzər dənizindən çıxarılan nefti dünya bazarına təhlükəsiz şəkildə çatdıran “BOTAŞ İnternational” BTC ilə dünya bazarına 4 milyard 232 min 552 barel xam neft göndərib.
Qeyd olunub ki, ötən il 224 milyon 388 min 520 barel neft 305 tankerə yüklənilərək yola salınıb. 2021-ci ildə isə BTC ilə dünya bazarına 200 milyon 467 min 463 barel xam neft çıxarılıb. Ötən il ən yüksək nəql 21 milyon 148 min 652 barellə noyabrda, ən az daşınma isə 13 milyon 581 min 125 barellə fevral ayında həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]