Bakı Turizm Peşə Məktəbinin təhsil-təlim mərkəzində ustad dərsi
Bakı, 29 may (AZƏRTAC, Gözəl Ağayeva). Mayın 29-da Bakı Turizm Peşə Məktəbində Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları ilə görüşmüş və bu məktəbin təhsil-təlim mərkəzində ustad dərsi keçmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycan Turizm İnstitutunun qida mühəndisi fakültəsinin mütəxəssisləri də dəvət olunmuşlar.
Ustad dərsi müddətində Türkiyə Aşpazlar Federasiyasının vitse-prezidenti Fırat Dursun müvafiq sahə üzrə yeniliklər barədə məlumat vermiş, ona ünvanlanan sualları cavablandırmışdır.
Bakı Turizm Peşə Məktəbinin tədris-təlim mərkəzi Mədəniyyət və Turizm Nazirliyi və bu məktəbin inkişaf proqramının birgə layihəsi çərçivəsində 2013-2014-cü tədris ilində yaradılmışdır.
Tədris-təlim mərkəzi 5 otaqdan ibarətdir. Otaqların biri müasir tələblərə uyğun mətbəxdir.
Hazırda Bakı Turizm Peşə Məktəbinin məzunları ölkəmizin turizm sənayesində fəal çalışır, müvafiq sahə üzrə Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. Yaxın gələcəkdə onların da Bakı Turizm Peşə Məktəbinin tədris-təlim mərkəzində ustad dərsləri keçmələri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]