Bakı və Bakıətrafı qəsəbələrdə koronavirusdan sağalan 2 minə yaxın şəxs poliklinika nəzarətindədir
Bakı, 30 iyun, AZƏRTAC
Ev şəraitində nəzarətdə olan xəstələrin statistikasının aparılmasına yeni başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Nadir Zeynalov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 30-da keçirdiyi mətbuat konfransında məlumat verib.
COVID-19 xəstəliyindən əziyyət çəkmiş, xəstəxanada müalicə almış xəstələr evə yazılarkən onlara ambulator müalicənin təyin olunduğunu vurğulayan N.Zeynalov deyib: “Bu müalicə sahə həkiminin nəzarəti altında aparılır. Beləliklə, onlar yaşadıqları ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafı qəsəbələrdə bu xəstələrin arasından 2 minə yaxın şəxs poliklinika nəzarətindədir. Bundan sonra poliklinikalar tərəfindən qeydiyyata alınan, fəal şəkildə nəzarətə götürülən, yüngül əlamətlərlə ev şəraitində müalicə olunan xəstələrin statistikası yenidən formalaşdırılacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]