BAKIDA BEYNƏLXALQ AİLƏ GÜNÜ QEYD EDİLMİŞDİR
Bakı, 15 may (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə günü ilə bağlı gənc ailələrin iştirakı ilə “Mənim ailəm” festivalı keçirilmişdir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, bu festival ölkəmizdə artıq 4-cü dəfədir keçirilir.
Festivalın məqsədi gənc ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə ailə dəyərlərinin təbliğ edilməsi, sağlam və möhkəm ailələrin qurulmasına ictimai dəstək göstərilməsi, ictimaiyyətin diqqətini və səylərini onların sosial problemlərinin həllinə cəlb edilməsi, ailəvi istirahətin və asudə vaxtın təşkilidir.
Hazırda Azərbaycanda 500 mindən çox gənc ailənin olduğunu deyən İ.Babayev festivalda 17 regionu təmsil edən gənc ailələrin iştirak etdiyini bildirmişdir.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami bildirmişdir ki, ailə cəmiyyətin, millətin özəyini təşkil edir. O, Azərbaycanda mövcud olan möhkəm ailə ənənələrini yüksək qiymətləndirmişdir. Məlumat vermişdir ki, UNİSEF uşaq evlərində yaşayan uşaqların ailələrə verilməsi ilə bağlı Azərbaycan hökuməti ilə birgə iş aparır.
Festivalda gənc ailələr musiqi, idman, intellektual yarışlarda, foto və rəsm müsabiqələrində iştirak etməklə qüvvələrini sınamışlar.
Festivalın qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]