BAKIDA BEYNƏLXALQ GƏNCLƏR FESTİVALI KEÇİRİLMİŞDİR
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Bakıda Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasının (AİESEC) birgə təşkilatçılığı ilə beynəlxalq “Global Village” festivalı keçirilmişdir.
AİESEC nümayəndəliyinin Azərbaycanda fəəliyyətinin və Azərbaycanın Beynəlxalq AİESEC təşkilatına tamhüquqlu üzvlüyünün 3 illiyinə həsr olunmuş tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev bildirmişdir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi festival gənclər arasında mədəniyyətlərarası anlaşma və dialoqun daha da inkişaf etdirilməsi və onların öz potensiallarını kəşf etmələri baxımından çox əhəmiyyətlidir.
Qurum haqqında məlumat verən “AİESEC Azərbaycan” şirkətinin prezidenti Fərid İsmayılzadə bildirmişdir ki, təşkilat dünyanın 100-dən çox ölkəsində gənclərin şəxsi və peşəkar inkişafına istiqamətlənmiş bütün təşəbbüsləri - təhsil və təlim layihələrini, konfransları, beynəlxalq tələbə mübadiləsi proqramlarını dəstəkləyir və gələcək ictimai liderlərin inkişafına çalışır. Azərbaycan bu təşkilata 2006-cı ildə üzv qəbul edilmişdir. Təşkilatın xətti ilə hər il dünyada 7 min 500 tələbə mübadiləsi həyata keçirilir, beynəlxalq konfranslar təşkil olunur.
Beynəlxalq festivalda gənclər 25-dən çox ölkənin mədəniyyətini təqdim etməklə yanaşı, adət-ənənələri, milli mətbəxləri, rəqsləri və musiqiləri haqqında da ətraflı məlumatlar vermişlər.
Festivalda Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq və regional təşkilatların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]