Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi gözlənilir

Bakı, 11 aprel, AZƏRTAC
Cari ilin iyun ayında Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Moldova biznes forumunda deyib.
“Bu platformadan istifadə edərək xarici tərəfdaşlarlarımızı forumda iştiraka dəvət edirəm. Tədbiri AZPROMO İtaliyanın “The European House Ambrosetti” təşkilatı ilə birgə təşkil edəcək”, - deyə icraçı direktor bildirib.
Y.Abdullayev vurğulayıb ki, AZPROMO və onun Moldovadan olan tərəfdaşları arasında əməkdaşlıq dinamik inkişaf edir: “Son bir neçə il ərzində Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) və “İnvest Moldova” agentliyinin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirilib. AZPROMO ilə “İnvest Moldova” arasında qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi və Azərbaycan məhsullarının ixracının stimullaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu mövcuddur. Əməkdaşlıq əlaqələri davam və inkişaf etdiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [17:24]
Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb
- 24.04.2025 [17:11]
“MonacoSAT” şirkəti “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır
- 24.04.2025 [16:03]
AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır
- 24.04.2025 [15:40]
Xəzər marşrutu – energetika logistikasında çağırışlar və həllər
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]