Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA DÖVLƏT BAYRAĞI MEYDANININ TƏMƏLİ QOYULMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

BAKIDA DÖVLƏT BAYRAĞI MEYDANININ TƏMƏLİ QOYULMUŞDUR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
Dekabrın 30-da Bakıda Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmək üçün əraziyə gəldi. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi: “Cənab Ali Baş komandan, şəxsi heyət Dövlət bayrağı meydanının təməlqoyma mərasiminə hazırdır”.

Prezident İlham Əliyev mərasimə toplaşan dövlət və hökumət nümayəndələri ilə görüşdü, meydanın layihəsi ilə tanış oldu, meydanın və bayrağın görünüşünü əks etdirən fotoşəkillərə baxdı. Burada dövlətimizin başçısı tərəfindən bu il noyabrın 17-də imzalanmış “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Sərəncamın mətni də vurulmuşdu.

Müdafiə naziri meydan üçün seçilmiş yerin Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradacağını vurğuladı.

Bildirildi ki, Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirəcəkdir. Bütün işlər 2008-ci il mayın 24-də başa çatdırılacaq, mayın 28-i - Respublika günündə isə rəsmi açılış mərasimi keçiriləcəkdir. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün infrastruktur yaradılacaqdır.

“Trident Support” şirkətinin təsisçisi və idarəedici direktoru Deyvid Çambers dövlətimizin başçısını salamladı və məlumat verərək dedi:

-Cənab Prezident, dəstəyinizə görə minnətdaram. Bu cür milli layihədə iştirak etmək imkanını yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Şirkətimiz bir sıra ölkələrdə nəhəng Dövlət bayrağı meydanlarını tikmişdir. Sizə deməliyəm ki, ölkənizdə bu təşəbbüsə xüsusi həvəslə və milli qürur hissi ilə yanaşırlar. Budəfəki mərasim digər ölkələrdəki mərasimlərdən xeyli fərqlənir.

Şirkətimiz Fars körfəzi regionunda üç nəhəng Dövlət bayrağı meydanı tikmişdir. Abu-Dabidə 123 metrlik, Əmmanda 127 metrlik, Aqabada isə 131 metrlik bayraq dayağı quraşdırmışıq. Burada isə dayağın hündürlüyü 150 metr olacaqdır və bu, bizim üçün, sözün əsl mənasında, böyük bir sınaqdır. Ölkəniz üçün bu işi görməkdən çox məmnunuq.

İcazənizlə, Dövlət bayrağı meydanının texniki parametrləri haqqında bir neçə kəlmə deyim. Dayağın bünövrəsinin diametri 3,2 metr olacaqdır. Müqayisə üçün bildirmək istəyirəm ki, biz Aqabada diametri yalnız 2,8 metr olan bünövrədən istifadə etmişik. Bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Dayağın alt hissəsindəki qalınlıq 40 millimetrdir. Onun bir nümunəsini Sizə göstərirəm.

İLHAM ƏLİYEV: Bu, aşağı hissədə belə olacaq?

DEYVİD ÇAMBERS: Bəli, aşağı hissədə. Dayağın yuxarı hissəsinə qədər biz 13 seksiyadan istifadə etmişik. Yəni, hündürlüyə qalxdıqca, enlik azalır və beləliklə, ən zirvədə qalınlıq 10 millimetr təşkil edir. Bu, küləyin təsirini azaltmaq məqsədi ilə hesablanmışdır. Qurğunun ümumi çəkisi 220 tondur. Dayaq küləyin sürəti saatda 209 kilometr olduqda da, davam gətirəcəkdir.

İLHAM ƏLİYEV: Hava şəraitindən, küləkdən yəqin ki, xəbəriniz var. Xüsusən də, bu ərazidə. Buradan 2 kilometr məsafədə, digər istiqamətdə külək yoxdur. Amma burada, var.

DEYVİD ÇAMBERS: Bəli, məlumatım var. Mən burada çox küləkli hava şəraitində olmuşam. Biz bunu nəzərə almışıq. Zirvədə küləyin maksimum sürəti saatda 200 kilometr olanda, 150 metrlik dayaq 4,2 metr əyiləcəkdir.

İLHAM ƏLİYEV: Lakin, bu, görünməcəyəkdir.

DEYVİD ÇAMBERS: Xeyr, görünməyəcəkdir. Normal havada dayaq üst hissədə təqribən 2-3 düym əyilir. Mən bunu bilirəm, çünki həmin hündürlükdə olmuşam. İşlərimizi başa çatdırdıqdan sonra, Sizinlə məmnuniyyətlə açılışda iştirak edəcəyik.

Bayrağın özünə gəldikdə, bildiyiniz kimi, o 35x70 metrdir. Yəni, onun sahəsi 2450 kvadratmetr təşkil edir.

 
İLHAM ƏLİYEV: 2450 kvadratmert?!

DEYVİD ÇAMBERS: Bəli, çəkisi isə təqribən 350 kiloqramdır.

İLHAM ƏLİYEV: Bayrağın çəkisi 350 kiloqramdır?!

DEYVİD ÇAMBERS: Bəli, təkcə bayraq 350 kiloqramdır. Biz onun materialı üçün çox davamlı xüsusi poliest materialından istifadə edirik. O, yumşaqdır, lakin çox davamlıdır.

İLHAM ƏLİYEV: Biz binalarda dalğalanan bayraqları tez-tez dəyişməli oluruq. Bu cür bayrağın orta istifadə müddəti nə qədərdir?

DEYVİD ÇAMBERS: Üç və ya dörd həftə, təqribən bir ay. Bu, uzun müddətdir.

İLHAM ƏLİYEV: Bir ay.

DEYVİD ÇAMBERS: Bəli. Bəzi hallarda bayraqlar iki və ya üç gün istifadə olunma müddəti ilə hazırlanır. Lakin böyük bayraqlara gəldikdə, onlar davamlı olur. Biz uzun illər ərzində dayaqların dizaynı üzərində işləmişik və bayrağın möhkəm olmasına tam əminik.

İLHAM ƏLİYEV: Çox sağ olun.

DEYVİD ÇAMBERS: Cənab Prezident, Siz sağ olun, buraya gəldiyinizə görə minnətdaram.

 
X X X
 
Prezident İLHAM ƏLİYEV bayrağın hazırlanacağı materiala baxdı, bu işin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək dedi:

-Azərbaycanda Dövlət bayrağı meydanı yaradılır. Mən bu barədə keçən ay Sərəncam imzaladım. Əlbəttə ki, biz o vaxta qədər müxtəlif yerlərə baxmışdıq və məhz bu yeri seçdik. Çox gözəl yerdir, bir az təpədə yerləşir və buradan şəhərə çox gözəl mənzərə açılır. Eyni zamanda, şəhərin əksər yerlərindən bu yer görünür. Xüsusilə nəzərə alsaq ki, bayrağın dayağının hündürlüyü 150 metr olacaq, Azərbaycanın bu dövlət rəmzi Bakı şəhərində dalğalanacaqdır. Bu, bizim müstəqilliyimizdir, bizim azadlığımızdır.

Bakıda, başqa şəhər və rayonlarda bizim dövlət bayraqları müxtəlif yerlərdə ucaldılır. Mən bu göstərişi vermişəm. Ancaq bu bayraq, əlbəttə, bütün başqa bayraqlardan son dərəcə fərqlənir. Həm ona görə ki, bu, çox böyük bayraqdır. Bunun ölçüləri 70x35 metrdir. Çəkisi də çox ağırdır, 350 kiloqram ancaq bayrağın çəkisi olacaqdır. Həm də ona görə fərqlənir ki, bu bayraq Dövlət bayrağı meydanında ucaldılacaqdır. Əlbəttə, bu ərazi abadlaşdırılacaqdır. Artıq burada “Azərenerji” böyük işlər görübdür, texnika gətiribdir. Çox mürəkkəb bir iş olacaqdır. Belə böyük bayrağı texniki baxımdan qurmaq çox böyük peşəkarlıq tələb edir. Bu, bizdə var, texnika var, peşəkarlıq var. Əminəm ki, bizim bayrağımız, milli rəmzimiz bizi Azərbaycanın xoşbəxt gələcəyinə aparacaqdır. Bayrağımız həmişə uca olacaqdır.

 
ETİBAR PİRVERDİYEV (“Azərenerji SC-nin prezidenti): Sizin göstərişinizlə biz, çox çətinliklə də olsa, xüsusi kran tapa bildik. Bayrağın qaldırılmasında ən çətin, texniki və məhdudlaşdırıcı elementlərdən biri həmin hündürlükdə işləyə bilən xüsusi kranın olmasıdır. Biz 188 metr hündürlükdə işləyə bilən və yükqaldırma qabiliyyəti 600 ton olan kranın əsas hissələrini gətirmişik, buradadır.

İLHAM ƏLİYEV: Çox yaxşı. Mən Azərbaycanda Dövlət bayrağı meydanının yaradılması haqqında Sərəncamı bu il noyabrın 17-də imzaladım. Bu da təsadüfi deyildir. Çünki məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycanda, Naxçıvanda, Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın dövlət bayrağı kimi qaldırılmışdı. Bildiyiniz kimi, bizim bayrağımız 1918-ci ildə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, müstəqil Azərbaycan dövləti yarananda bu bayraq Azərbaycanın Dövlət bayrağı elan edilmişdi. Ancaq 1920-ci ildə Xalq Cümhuriyyəti süqut edəndə, əlbəttə, bayraq da dəyişdirildi. 1990-cı ildə, - onda hələ Azərbaycan müstəqil deyildi, - ulu öndərimiz bu bayrağı Azərbaycanın və Naxçıvanın rəsmi bayrağı kimi elan etdi. Bir neçə aydan sonra isə, 1991-ci ilin fevral ayında bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi elan edildi. Yəni bu, tarixdir. Bu, bir daha onu göstərir ki, ulu öndərimiz Azərbaycanın müstəqilliyi üçün çox böyük işlər görmüşdür. Hələ o zaman ki, Azərbaycan müstəqil dövlət deyildi, bu bayraq Azərbaycanın, bizim müstəqilliyimizin simvolu oldu.

Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Bizim öz dövlətimiz yox idi və azərbaycanlılar başqa ölkələrin tərkibində yaşayırdılar. Müstəqillik ən böyük sərvətdir, ən böyük xoşbəxtlikdir. Biz öz taleyimizi özümüz həll edirik. Bizim müstəqil Azərbaycan dövlətimiz var və bu dövlət günü-gündən möhkəmlənir. Hər bir dövlətin rəsmi simvolları var. Ancaq bu simvollarla yanaşı, müstəqil siyasət aparmaq heç də hər bir dövlətin işi deyildir. Bizi bir sıra ölkələrdən, o cümlədən bizim bölgədə yerləşən bəzi ölkələrdən fərqləndirən odur ki, biz müstəqil siyasət aparırıq. Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir və bu müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük xoşbəxtlikdir. Bizim müstəqilliyimizi əks etdirən, onun rəsmi rəmzi olan bayrağımız dalğalanmalıdır. Bu gözəl bayraq Bakının bütün yerlərindən görünəcəkdir.

 
X X X
 
Mərasimdən xatirə olaraq, Prezidentə hədiyyə təqdim olundu.

Sonra təməlqoyma mərasimi başlandı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi: “Möhtərəm Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı! Fəxri qarovul Sizin hərbi hissəyə gəlməyiniz münasibətilə düzülmüşdür”.

Prezident İlham Əliyev fəxri qarovulun əsgərlərini salamladı.

Dövlətimizin başçısı gilizi təmələ qoydu və beton qarışığı tökdü. Bu işi dövlət və hökumət nümayəndələri də icra etdilər.

Prezident İlham Əliyev gələcəkdə ilin bütün aylarında turistlərin və paytaxta gələn qonaqların buranı görməsi, tədbirlərin keçirilməsi baxımından da əhəmiyyət daşıdığını söylədi.

Dövlətimizin başçısı meydanın yerləşəcəyi ərazinin ətrafında abadlıq işlərinin də ən yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi, mərasim iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb