Bakıda “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 1 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə dekabrın 8-9-da Bakıda, Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Məktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Məktum tədbirdə iştirak edəcəklər.
Süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunacaq.
Konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.
Tədbirdə ICESCO-ya üzv 10 ölkənin təhsil nazirləri, beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri daxil olmaqla, ümumilikdə 150-yə yaxın şəxs iştirak edəcək.
Konfrans çərçivəsində təhsil sistemində süni intellektin roluna həsr olunmuş müzakirələr aparılacaq və “ICESCO-ya üzv ölkələr arasında süni intellekt indeksinin tərtib olunması”na dair yekun bəyannamə qəbul ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [11:36]
İngilis dili müəllimlərinin nəzərinə: TKT imtahanına qeydiyyat başlayıb
- 14.08.2026 [11:24]
Azərbaycan alimləri İssık-Kulda beynəlxalq elmi konfransda iştirak edəcəklər
- 14.08.2026 [11:23]
BMU məzunu Londonda magistratura təhsili alacaq
- 14.08.2026 [11:15]
DİM: 9 illik təhsil bazası üzrə kolleclərə qəbul planı 94.90 faiz dolub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Instagram” loqotipini dəyişib
- [00:27]
Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib
- 13.08.2026 [23:58]
Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb
- 13.08.2026 [23:32]
"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı
- 13.08.2026 [23:25]
Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb
- 13.08.2026 [23:23]
İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb
- 13.08.2026 [23:09]
Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub
- 13.08.2026 [23:05]
Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub
- 13.08.2026 [22:51]
Bakıda gənc rəssamların sərgisi açılıb
- 13.08.2026 [22:40]