Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən beynəlxalq konfransda yaşıl iqtisadiyyatda milli parlamentlərin rolu müzakirə edilib

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in 27 müxtəlif ölkəsindən və 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin toplantıya qatıldığını söyləyib.

O milli iqtisadiyyatlarda “yaşıl” prinsiplərin həyata keçirilməsində parlamentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ATƏT regionunda daha ədalətli, davamlı və təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər və atılacaq addımlar nəzərdən keçirilməlidir. Azay Quliyev milli parlamentlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən bu toplantıda dayanıqlı inkişafın təmin edilməsi üçün “yaşıl” iqtisadiyyat modelinin tətbiqi istiqamətində səsləndiriləcək ideyaların önəmli olduğunu deyib. O, tədbirin hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi və ekoloji təhlükəsizlik problemlərinin effektiv şəkildə həlli üçün yolların müəyyən olunmasına töhfə verəcəyinə inamını ifadə edib.

Diqqətə çatdırılıb ki, bölgəmiz üçün daha davamlı, daha ədalətli və daha təhlükəsiz gələcəyin təmin edilməsi baxımından qarşılıqlı hörmət və etimad üzərində əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Sonra konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir. Milli Məclisin sədri qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub.

Bu məsələlərə qısa şəkildə münasibətini açıqlayan Sahibə Qafarovanın sözlərinə görə, “yaşıl” texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. İnklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.

Milli Məclisin sədri qeyd edib ki, bu Azərbaycanın gündəmində də mühüm yer tutur. Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpaolunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək və Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm də ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpaolunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli və beynəlxalq hüquqi müddəalardakı boşluqların və çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini və biznes fəaliyyətini daha da genişləndirəcək.

Sonra konfransın açılış mərasimində ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella çıxış ediblər.

Onlar tədbirin ATƏT regionunda ətraf mühitin mühafizəsi problemlərinin aradan qaldırılmasına, ekoloji böhran şəraitində milli iqtisadiyyatların dayanıqlı inkişafının təmin edilməsinə, sabitliyin qorunmasına töhfə verəcəyinə əminliklərini bildiriblər. Konfransda iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, regional təhlükəsizliyə və sabitliyə mənfi təsirindən söhbət açılıb, insan fəaliyyətinin ətraf mühitə təsiri, təbii sərvətlərin istismarının ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib. Habelə, COVID-19 pandemiyasının yaratdığı problemlərin, regional münaqişələrin iqtisadi və ekoloji baxımdan ciddi təhlükə doğurduğu deyilib.

Natiqlər yaşıl iqtisadiyyatın qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqinin və ətraf mühitin mühafizəsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiq edilməsinin önəmli olduğu vurğulanıb. Onlar alternativ və qeyri-ənənəvi vasitələrlə enerji mənbələrindən yararlanmağın həlli yollarının müəyyənləşdirilməsinin, bu sahədə potensial imkanlardan daha geniş istifadə etməyin zəruriliyini qeyd ediblər.

Sonra tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.

Konfrans öz işini panellərdə davam etdirib.

“Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” mövzusuna həsr olunmuş birinci paneli açan moderator, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin məruzəçisi Qudrun Kuqler (Avstriya) tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Mövzu ilə bağlı fikirlərini bölüşən moderator yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan, bu keçidin müasir texnologiyaların və yüksək həyat standartlarının tətbiqinə təkan verməsindən bəhs edib.

Çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Elnur Soltanov müzakirə olunan mövzu ilə bağlı Azərbaycanda görülən işlərdən danışıblar.

Sonra paneldə Litva Seyminin vitse-spikeri Jonas Jarutis, Kanada nümayəndə heyətinin üzvü Con Aldaq, ATƏT PA-da Albaniya nümayəndə heyətinin rəhbəri Damian Qciknuri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış ediblər və mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusuna həsr edilmiş ikinci panelə ATƏT PA-nın vitse-prezidenti və davamlı inkişaf üzrə xüsusi nümayəndə Askar Şakirov (Qazaxıstan) moderatorluq edib.

Askar Şakirov giriş nitqində qlobal təbii və humanitar fəlakətlərin dünya iqtisadiyyatını və ekologiyasını ciddi tənəzzülə uğratmasından söz açıb, bunların qarşısının alınması üçün dövlətlərin birgə səylərinin əhəmiyyətindən danışıb.

Sonra Gürcüstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Maka Botçorişvili, İtaliyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Mauro Del Barba, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin iqtisadçısı Xurşid Rüstəmov, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov çıxış ediblər, yaşıl iqtisadiyyatın beynəlxalq nəqliyyat və logistikadakı yeri, onun bu sahədə əməkdaşlığın genişləndirməsinə təsirlərindən danışıblar.

Panellərdə iştirakçıların mövzu ilə bağlı şərhləri dinlənilib, sualları cavablandırılıb.

Konfransda və onun panellərinin işində Milli Məclisin deputatları, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Ülviyyə Ağayeva, Əminə Ağazadə, Tural Gəncəliyev, Tahir Mirkişili, Ağalar Vəliyev, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, ATƏT PA-ya üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası