Bakıda müəllif mahnısı gecəsi keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
“Bakı” Müəllif Mahnıları Klubunda “Zagulba FM”-də dostları gitara ilə tonqal ətrafında toplamaq gözəl ənənəyə çevrilir. Klub üzvlərinin növbəti görüşü həmişəki kimi tam anşlaqla keçib, çıxış edənlər arasında həm klubun ağsaqqalları, həm də gənc istedadlı ifaçılar, eləcə də klubun dostları yer alıblar.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib.
Gecənin xüsusi qonaqları arasında Xalq artisti Sərxan Sərxan və Rusiyanın Əməkdar artisti, müğənni, şair, bəstəkar Boris Şvartsman olublar.
Qeyd edək ki, gecə Bakıdakı Rus evinin dəstəyi ilə “Bakı” Müəllif Mahnıları Klubu və “Zagulba FM” tərəfindən təşkil olunub.