Bakıda “Nasizmə qarşı mübarizədə biz birlikdə idik” adlı onlayn-sərgi açılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) 1941-1945-ci illər Böyük Vətən müharibəsi Mərkəzi Muzeyinin hazırladığı “Nasizmə qarşı mübarizədə biz birlikdə idik” adlı onlayn-sərgi açılıb. Sərgi İkinci Dünya müharibəsi tarixinə həsr olunub.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekspozisiyada o qanlı müharibənin əsas mərhələləri əks etdirilib və alman faşist qəsbkarları üzərində ümumi Qələbəyə SSRİ respublikalarının hər birinin verdiyi döyüş və əmək töhfəsi təsvir olunub.
Xalqların vətənpərvərliyi, fədakarlığı, onların həmrəyliyi faşizm üzərində Qələbədə ən mühüm amil olub.
Onlayn-sərgi ilə aşağıdakı linkdə ətraflı tanış olmaq mümkündür https://www.facebook.com/190658944285922/posts/3402975479720903/.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]
Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]