BAKIDA SUMO VƏ CÜDO ÜZRƏ BİRİNCİ BEYNƏLXALQ FESTİVAL BAŞA ÇATMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Bakı Olimpiya İdman Kompleksində sumo və cüdo üzrə birinci beynəlxalq festivala yekun vurulmuşdur.
Festivalın təntənəli açılış mərasimində çıxış edən Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov artıq ənənə halı almış bu festivalın gənclər arasında idmanın təbliği baxımından əhəmiyyətli olduğunu söyləmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın baş ravvini Meyr Bruk, “Makkabi-Azərbaycan” cüdo idman klubunun direktoru Aleksandr Mordvinkin belə bir yarışı təşkil etdikləri üçün Bakı şəhər gənclər və idman Baş İdarəsinə təşəkkürünü bildirmişlər.
Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev isə belə yarışların ölkəmizdə idmanın bu növünün inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.
Sumo üzrə yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Hindistan, Şri-Lanka, Gürcüstan, İordaniya, Qırğızıstan, Ukrayna, Türkmənistan, Rusiya komandaları da mübarizə aparmışlar.
Böyüklər arasında sumo üzrə yarışlarda Rəşad Kazımov (85 kq) və Nizami Qafarov (115 kq) birinci yeri tutmuşlar. Nizami Qafarov mütləq çəki dərəcəsində də festivalın qalibi adını qazanmışdır.
Cüdo üzrə yarışlarda isə 1995-97-ci il təvvəllüdlü idmançılar mübarizə aparmışlar. Bu yarışda “Makkbi-Azərbaycan” cüdo idman klubunun komandası birinci yeri tutmuşdur.
Qaliblərə medallar və qiymətli hədiyyələr verilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]

