Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilib – YENİLƏNİB

Bakı, 22 sentyabr, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyi ərəfəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Bakıda Heydər Əliyev Mərkəzində sentyabrın 22-də “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Uqanda, Laos, Tanzaniya, Keniyanın prokurorluq qurumlarının rəhbərləri və Türkiyə Baş Prokurorluğunun nümayəndələri, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və digər prokurorluq əməkdaşları iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciəti Baş prokuror Kamran Əliyev tərəfindən səsləndirilib.

Daha sonra isə iştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsi nəticəsində minlərlə insanın həlak olduğunu, mülkiyyətə, iqtisadiyyata, ətraf mühitə, tarix-mədəniyyət abidələrinə külli miqdarda ziyan dəydiyini iştirakçıların diqqətinə çatdırıb.

Baş prokuror, həmçinin xatırladıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanıb. Bundan başqa, 2023-cü il sentyabrın 19-dan 20-dək Azərbaycanın separatçı Qarabağ bölgəsində əməliyyat aparan antiterror əməliyyatları zamanı 30 ilə yaxın işğal altında olan ərazilər azad edildi. Azərbaycanın suverenliyi tam bərpa olundu, Konstitusiya bütün ölkəyə şamil olundu.

Baş prokuror əlavə edib ki, suveren ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. “Ağıllı” kənd və şəhərlər salındı, yeni iş yerləri, istehsalat, təhsil müəssisələri yaradıldı, o cümlədən Xankəndidə Qarabağ Universitetinin əsası qoyuldu.

Xatırladılıb ki, Azərbaycan hətta işğal zamanı da sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səylər göstərib. BMT-nin Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini tələb edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan işğal etdiyi torpaqları qaytarmayıb. “Azərbaycan həmişə olduğu kimi, sülhün tərəfdarı olaraq qalır. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bunun bariz nümunəsidir. Bu sənəd iki dövlət arasında münasibətlərdə yeni səhifə olmaqla yanaşı, həm də Cənubi Qafqazda yenidən sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın davamlılığının təmin edilməsində tarixi dönüş nöqtəsidir”, - deyə Baş prokuror vurğulayıb.

Bundan başqa diqqətə çatdırılıb ki, yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyətli mövzu olaraq qalır. Bu layihə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsini təmin edəcək, regionun nəqliyyat xəritəsini dəyişdirəcək, iqtisadi və siyasi inteqrasiyaya mühüm töhfə verəcək.

Konfransda çıxışı zamanı Baş prokuror onu da qeyd edib ki, Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir. Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətli tarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindən keçib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan Müstəqil Azərbaycanın ilk Konstitusiyası milli prokurorluq orqanlarının dövlətin və cəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib.

Qeyd olunub ki, Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən edilib. “Əminliklə deyə bilərik ki, Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilmiş statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə təminat verir. Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həm də cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir. İnanıram ki, bu konfrans qarşılıqlı əlaqələrimizin daha da inkişaf etdirilməsinə xidmət edəcək", - deyə Baş prokuror vurğulayıb.

Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqa çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan və Keniyanı birləşdirən ortaq dəyərlər ədalət, hüququn aliliyi və insan hüquqlarına hörmətdir. Çıxışçı deyib ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş bu Konstitusiya Azərbaycanın suverenliyinin, birliyinin və hüququn aliliyi əsasında demokratik dövlət qurmaq əzm və iradəsinin ifadəsidir: "O, bərabərlik, insan ləyaqəti və sosial ədalət prinsiplərini təsbit edir və bununla da hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edildiyi möhkəm bünövrə yaradır. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyi kimi xalqı tanımasıdır. Bu fundamental prinsip idarəetmənin xalqın iradəsindən qaynaqlandığını və onların rifahı naminə həyata keçirildiyini təmin edir. Prokurorlar olaraq bizim vəzifəmiz bu hüquqların yalnız mətnlərdə qalmamasını, vətəndaşların gündəlik həyatında real şəkildə hiss olunmasını təmin etməkdir. Hər bir cinayət işində təqsirsizlik prezumpsiyasını qorumaq, ədalətli məhkəmə təminatını və qurbanların ləyaqətini müdafiə etmək məsuliyyətimizdir".

Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan isə qeyd edib ki, Bakıda keçirilən beynəlxalq konfrans əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır. Bu elə bir platformadır ki, burada öz təcrübəmizi bölüşə bilərik. O, öz ölkəsində Ali Xalq Prokurorluğunun fəaliyyətindən bəhs edib. Bildirib ki, Laosda Konstitusiya 1992-ci ildə qəbul olunub və mühüm milli sənədləri özündə əks etdirir: "Laosun Ali Xalq Prokurorluğu Konstitusiyada qanunların düzgün icrasına nəzarət edən, təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi səlahiyyətinə malik olan orqan kimi təsbit edilib. Ali Xalq Prokurorluğu Konstitusiya ilə verilən səlahiyyətləri lazımi şəkildə həyata keçirir. Biz bu səlahiyyətləri layiqli formada xalq qarşısında icra edirik. Vətəndaşların hüquqlarının təşviqinə, xüsusilə, ədliyyə sektorunda böyük önəm verilir. Bu hüquqlar bir sıra qanunlarda aydın şəkildə təsbit edilib. Laos Ali Xalq Prokurorluğu vətəndaşların hüquqlarını təmin edən, xarici müdaxilə olmadan ittiham orqanı kimi öz rolunu icra etməkdədir. Öz vəzifələrini icra edərkən bütün səviyyələrdə xalq prokurorları qanuna əməl etməlidirlər. Onlar bunu gündəlik fəaliyyətlərində vacib amil hesab edirlər. Təqsirləndirilən şəxslərin hüquqlarına Xalq Prokurorluğu nəzarət edir. Biz öz ölkəmizdə bununla bağlı müvafiq mexanizmləri yaratmışıq. İctimaiyyət fikirlərini “Qaynar xətt” vasitəsilə bildirə bilər. Prokurorluğun müstəqilliyini qorumaq məqsədilə güclü daxili nəzarət mexanizmi də mövcuddur. Laos Ali Xalq Prokurorluğu hüququn aliliyini möhkəmləndirmək məsuliyyətini öz üzərində daşıyır".

Türkiyə Respublikasının Ali Məhkəməsinin prokuroru Tayfun Gün ölkəsində konstitusiya prosesinin müxtəlif mərhələləri barədə məlumat verib. O, 1921-ci il Konstitusiyasında prokurorluq institutuna yer verilmədiyini, lakin sonrakı konstitusiyalarda məhkəmələrin müstəqilliyi, hakim və prokurorların təminatı ilə bağlı müddəaların təsbit olunduğunu diqqətə çatdırıb. Tayfun Gün qeyd edib ki, prokurorluq dövlətin suverenliyinin qorunmasında, ictimai qaydanın təmin olunmasında və cinayətlərin qarşısının alınmasında mühüm institut kimi çıxış edir. Onun sözlərinə görə, prokurorlar istintaq mərhələsində araşdırma aparmaqla, məhkəmə mərhələsində isə dövlət ittihamını müdafiə etməklə ədalətin bərqərar olunmasına xidmət edirlər.

Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktoru Silvester Antoni Mvakitalu qeyd edib ki, qanunun aliliyinin qorunmasında prokurorluq orqanlarının səmərəli fəaliyyəti üçün milli və beynəlxalq qurumlararası əməkdaşlıq zəruridir: "Prokurorluq orqanları arasında əməkdaşlıq təcrübə mübadiləsi və birgə təlimlər vasitəsilə bilik mübadiləsi yolu ilə fəaliyyətin təkmilləşdirilməsində mühüm vasitədir. Ölkəm adından Tanzaniya və Azərbaycanın prokurorluq orqanları arasında Anlaşma Memorandumunun imzalanacağına sevinirəm. Bu memorandum iki prokurorluq orqanı arasında uzunmüddətli və davamlı əməkdaşlıq çərçivəsini formalaşdıracaq mühüm sənəd olacaq".

Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktoru Odumbi Ceyms Over vurğulayıb ki, bugünkü dəyirmi masa ölkələrimizin prokurorluq institutlarını birləşdirən ortaq dəyərlərin nümayişidir: “Konstitusiya çərçivələrimizlə bağlı fikir mübadiləsi etməklə prokurorluğun müstəqilliyinin müxtəlif istiqamətlərdə necə möhkəmləndirilə biləcəyi barədə anlayışımızı dərinləşdirə, konstitusiyanın inkişafı və qanunun aliliyi ilə bağlı dəyərli perspektivlərə töhfə verə bilərik. Bu dialoq bizə həm də birgə araşdırmalar və yaranan təhdidlər üzrə bilik mübadiləsi aparmaq və ya beynəlxalq forumlarda prokurorluq standartlarının uyğunlaşdırılması vasitəsilə praktiki əməkdaşlığı genişləndirmək imkanı verir. Qarşılaşdığımız çağırışlar qlobal xarakter daşıyır, korrupsiya, mütəşəkkil cinayətkarlıq və demokratik təsisatlar üçün təhlükələr sərhədləri aşır. Beləliklə, biz bu görüşdən konstitusiya mandatlarımızın xalqlarımızın suverenliyini qorumaqla bu çağırışlara necə uyğunlaşa biləcəyini müzakirə etmək üçün platforma kimi istifadə edə bilərik. Mən sizin hamınızla səmərəli fikir mübadiləsi aparmaq, təcrübələrinizdən öyrənmək və öz təcrübəmizi daha çox bölüşmək üçün can atıram. Bu müzakirələr təkcə bizim müvafiq institutlarımızı gücləndirməyəcək, həm də ədalətin qlobal çərçivəsinə töhfə verəcək. Bu qeydlərlə bir daha azərbaycanlı həmkarlarımıza tərəfdaşlığa və bu nəcib işlə bağlı göstərilən fədakarlığa görə bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm", - deyə Odumbi Ceyms Over fikirlərinə yekun vurub.

Çıxışlardan sonra konfrans iştirakçıları mövzu ətrafında geniş və səmərəli müzakirələr aparıblar. Fikir mübadiləsi zamanı prokurorluq orqanlarının konstitusion statusunun möhkəmləndirilməsinin, onların fəaliyyətinin şəffaf, effektiv və hüquqi dövlət prinsiplərinə uyğun təşkil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin beynəlxalq təcrübə və əməkdaşlıq nümunələri müzakirəyə çıxarılaraq, ölkəmizdə prokurorluq fəaliyyətinin inkişaf etdirilməsi, hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi və ədalətin daha da möhkəmləndirilməsi istiqamətində perspektivlər müəyyən edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər