Bakıda tullantıların idarəolunması ilə bağlı uşaqlar üçün beynəlxalq konfrans keçirilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). 15 Noyabr - Tullantıların Çeşidlənməsi Günüdür.
Bununla əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən noyabrın 15-də Bakının Qala qəsəbəsində “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) devizi ilə uşaqlar üçün beynəlxalq konfrans keçirilmişdir.
ASC-nin mətbuat xidmətindən AzərTAC-a bildirmişlər ki, konfransda Qala qəsəbəsinin məktəbliləri ilə yanaşı, Bakıda fəaliyyət göstərən beynəlxalq məktəb və kolleclərin şagirdləri, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və Ukraynadan olan məktəblilər iştirak etmişlər.
Tədbirin məqsədi uşaqlara tullantıların düzgün zərərsizləşdirilməsi yollarının öyrədilməsi olmuşdur.
Beynəlxalq konfransda sessiyalar və panel diskussiyaları uşaqların özləri tərəfindən aparılmışdır.
Noyabrın 16-da isə məktəblilərin Balaxanı qəsəbəsində sınaq rejimində fəaliyyət göstərən bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ekskursiyası nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]