Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb
Bakı, 14 iyun, AZƏRTAC
Bakıdakı Rus evində gənc istedadların növbəti sərgisinin açılışı olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənc istedadların sərgisi Azərbaycanın Rus Gəncləri Assosiasiyasının layihəsidir və onu Bakıdakı Rus evi dəstəkləyir.
Sərgidə gənc və istedadlı rəssamlar Arzu Əliyeva, Afaq Əkbərova və Almaz İsmayılovanın əsərləri nümayiş etdirilir.
Təqdim olunan tablolarla iyunun sonunadək Bakıdakı Rus evində tanış olmaq mümkündür.