Bakının bəzi küçələrində sıxlıq yaranıb
Bakı, 25 fevral, AZƏRTAC
Paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Mərkəzin məlumatına görə:
Sabunçu rayonu, aeroport şosesi, hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nizami rayonu. Mikayıl Əliyev küçəsi, "Milli Gimnastika Arenası"nın yaxınlığı, metronun “Koroğlu” stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, Bağırov körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
Yasamal rayonu, Tbilisi prospekti, körpü, 20 Yanvar dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.