Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Baku Crystal Hall” - Azərbaycan paytaxtından Avropaya açılan yeni pəncərə

Bakı, 5 may (AZƏRTAC). İnsanın gözləri ilə gördüyünə inanmağı gəlmir. İnanmağın gəlməsə də, hər halda qısa zaman kəsiyində belə bir gözəl məkana çevrilmiş bu əraziyə nəzər yetirdikcə təbiətin və insan əli ilə yaradılanın tam vəhdət təşkil edərək bir nöqtədə qovuşduğunun şahidi olursan.

Azərbaycan paytaxtının özünəməxsus memarlıq ənənələrinə yeni forma və üslub gətirən bu ünvan Xəzərin mavi suları ilə bir harmoniya yaradır desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Sanki Xəzər də bu nadir memarlıq abidəsinin ərsəyə gəlməsini səbirsizliklə gözləyirdi. Hələlik günəşin şüalarını əks etdirən, Bakının küləkləri ilə əylənən bu saray özü də tezliklə ətrafa nur saçacaqdır. O zaman isə bu yeni memarlıq ansamblı sayı on minlərlə ölçüləcək qonaqlarına insan zəkası və əməyi nəticəsində xəyalların gerçəkliyə çevrilməsini əyani şəkildə nümayiş etdirəcəkdir.

Bəli, bu gün sivil dünyanın gözü qarşısında əsrlər boyu möhtəşəm arxitektura nümunələri ilə məşhur olmuş, ta qədimdən səyyahların yol qeydlərində öz əksini tapmış Azərbaycanın zəngin memarlıq ənənələrinə yeni bir inci əlavə olunur. Bu, “Ginnesin rekordlar kitabı”na düşmüş əzəmətli Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən ərazidə özünə “vətəndaşlıq” hüququ qazanmış “Baku Crystal Hall”dır. Bu nadir inci öz memarlıq üslubu ilə Şərq və Qərb arasında yeni əməkdaşlıq körpüsü yaradan ən mükəmməl sənət nümunəsidir desək, yəqin ki, səhv etmiş olmarıq.

Bakının modernləşməsi istiqamətində, paytaxtımızda ən müasir idman-konsert kompleksinin fəaliyyət göstərməsi məqsədilə tikilmiş bu möhtəşəm bina ilk olaraq qapılarını müasir Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə açacaqdır.

Burada yaradılanlara nəzər salarkən bir daha qəti şəkildə əmin olursan ki, Bakıda mahnı müsabiqəsinin keçirilməsi üçün təklif olunmuş üç ünvan (Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika stadionu, “Baku Crystal Hall”) arasından seçilmiş bu məkan mötəbər musiqi layihəsinin reallaşması üçün bütün tələblərə cavab verəcək ən uğurlu seçimdir.

“Baku Crystal Hall”ın tikintisinin həvalə edildiyi Almaniyanın “ALPINE Bau Deutschland AG” şirkəti işinin öhdəsindən uğurla gəlmişdir. Şirkətin bir çox ölkələrin idman obyektlərinin (Polşada futbol üzrə Avropa çempionatının keçirilməsi üçün stadionun, Münxendə “Allianz Arena”nın) inşasında möhürü vardır. Həmçinin Avstriyanın, Dubayın məşhur idman tikililərinin genişlənməsi və yenidən qurulması da bu şirkətin adı ilə bağlıdır.

Maraqlıdır ki, tikintidə əsasən yığma metal konstruksiyadan istifadə olunmuşdur. Kompleksin tezliklə ərsəyə gəlməsinin sirri isə işlərin eyni vaxtda bütün istiqamətlərdə - yer, fasad və dam örtüyündə aparılmasındadır. Bina Bakının ən güclü küləyinə belə davamlıdır. Həmçinin kompleksin təhlükəsizlik sistemində xüsusi hallarda dünya standartlarına uyğun, ən qısa müddətə evakuasiya nəzərə alınmışdır.

Binanın fasadında xüsusi materiallar üzərində yerləşdirilmiş lampaların yaradacağı çoxsaylı parlaq çalarlar və maraqlı vizual effektlər ətrafa xüsusi gözəllik bəxş edəcəkdir.

“Baku Crystal Hall”ın çox geniş meydanı vardır. Ümumilikdə 25 min nəfərlik tamaşaçı tutumu olan zalın bir hissəsini səhnə tutduğundan burada müsabiqəni 20000 nəfər izləyə biləcəkdir.

Artıq şou hazırlıqları üçün təhvil verilmiş “Baku Crystal Hall”ın binasının daxilində səhnə avadanlıqlarının quraşdırılması prosesi başa çatmaqdadır.

Quraşdırılmış kreslolar, VİP loja, sərinlik sistemi seyrçilərin bütün rahatlığını təmin edəcəkdir.

Burada “Eurovision-2012” mahnı müsabiqəsinə son hazırlıq işlərinin gedişini izləyərkən bir daha əmin olursan ki, təxminən 16 gün sonra burada həm ifaçıları, həm də tamaşaçıları möhtəşəm bir səhnə gözləyir. Modern üslubda hazırlanmış səhnə seyrçilərə üçölçülü (3D) təsir bağışlayacaqdır. Xarici mütəxəssislər və ekspertlər təsdiqləyirlər ki, mahnı müsabiqəsi tarixində belə şou hazırlıqları olmamışdır.

Səhnənin, tamaşaçı yerinin, gözləmə otağının (green-room) ən müasir avadanlıqla və texniki vasitələrlə təchizatı “Baku Crystal Hall”ın özəlliklərindəndir. Bakı şousunda 80 min işıq diodların, 2500-dən çox proyektorun istifadə olunması nəzərdə tutulur. Bu zalın gözləmə otağı əvvəlkilərdən mahiyyəti üzrə köklü surətdə fərqlənəcəkdir. Bütün istiqamətlərdə işlər əsasən layihənin şou tərəfdaşı, Almaniyanın “Brainpool GmbH” şirkəti tərəfindən həyata keçirilir. Dünya standartlarına uyğun və sonuncu nəsil avadanlıqdan istifadə isə şounun və onun efirdə görüntüsünün keyfiyyətinə çox ciddi təsir edən faktdır. “Brainpool GmbH” dünyada müxtəlif şouların hazırlanmasında və işlənməsində lider olan bir şirkətdir. Bu şirkət keçən il Düsseldorfda keçirilən 56-cı “Eurovision” yarışması zamanı üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmişdir.

Kompleksin maraqlı hissələrindən biri də Mətbuat Mərkəzidir. İndiyədək “Eurovision” mahnı müsabiqəsində jurnalistlərin istifadəsinə verilmiş obyektlərin içində ən müasiri və həcm etibarilə (5000 kv.m) ən genişidir. Konsert zalı ilə məharətlə əlaqələndirilən bu hissə ən müasir standartlara uyğun olmaqla, maneəsiz giriş-çıxışı təmin edir. Burada 1500-dən artıq jurnalistin eyni vaxtda işləməsi üçün hər bir detal nəzərə alınmışdır. Mərkəzdə yüksək sürətli Wi-Fi sistemi quraşdırılmışdır. Ətrafdakı monitorlar vasitəsilə isə həm müsabiqə iştirakçılarının məşqlərini, həm mətbuat konfranslarını və həm də bilavasitə şouları müşahidə etmək mümkündür.

Xüsusi kabinələrdə jurnalistlər müsahibələr ala biləcəklər. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək mümkün olacaqdır. Məlumdur ki, “Eurovision” mahnı müsabiqəsi həm də mətbuat konfranslarının çoxluğu ilə seçilir. Bu baxımdan jurnalistlərin ixtiyarına mərkəzin daxilində veriləcək konfrans zalının həcmi 500 nəfərlikdir. Kafeteriyanın olduğu istirahət guşəsi isə jurnalistlərin rahatlığını təmin edəcəkdir.

Ənənəvi olaraq bütün iştirakçı ölkələrin jurnalistlərinin öz efirlərinə canlı bağlantıları üçün arenadan xaricdə müvafiq texnika ilə təchiz edilmiş xüsusi yer ayrılacaqdır. Jurnalistlər sifariş etdikləri saatda gəlib fonun qarşısında (təbii ki, Kristal zalın arxada görünməsi nəzərdə tutulur) stand-up edə biləcəklər.

Dünya standartlarının bütün tələblərinə ən yüksək səviyyədə cavab verən bu kompleks həm də ölkəmizin iqtisadi potensialının göstəricisidir. Yalnız Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq, aydın, uzaqgörən strategiyasının uğurlu icrası nəticəsində belə möhtəşəm layihə reallaşa bilərdi. Göründüyü kimi, reallaşdı da!

Bütün bunlardan sonra qətiyyətlə deyə bilərik ki, “Baku Crystal Hall” müasir üslubu və dizaynı ilə “Eurovision-2012” mahnı müsabiqəsini dolğunlaşdıraraq ən gözəl təəssüratları yaradacaqdır.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib